Almaniyadan Ermənistanla bağlı milyonluq QƏRAR: Nə baş verir? backend

Almaniyadan Ermənistanla bağlı milyonluq QƏRAR: Nə baş verir? 

Ermənistan Almaniya hökumətindən 15,6 milyon avro məbləğində qrant alacaq. “Texniki əməkdaşlıq haqqında” saziş cümə axşamı hökumətin iclasında təsdiqlənib. Qrant alman inkişaf bankı KFW tərəfindən verilən kreditlər üçün əlavə maliyyə kimi təqdim olunur. Vəsaitlər peşə təhsili və yaşıl enerji layihələri üçün hər biri 6,1 milyon avro, bələdiyyələrin inkişafı üçün isə 3,1 milyon avro olmaqla ayrılıb.

KONKRET.az xəbər verir ki, baş nazirin müavini Mher Qriqoryan bildirib ki, qrantlarla maliyyələşdirilən proqramlar barədə kifayət qədər məlumat verilmir və bu, donorlar arasında suallar yaradır.

Qriqoryan Maliyyə Nazirliyi rəhbəri Vahe Hovhannisyana bu məlumatları 2026-cı il büdcəsinin yekun layihəsinə daxil etməyi tapşırıb.

Büdcənin ilkin layihəsinə görə, Ermənistan 2026-cı ildə 20,5 milyard dram (təxminən 53 milyon dollar) qrant almağı planlaşdırır ki, bu, 2025-ci ilin 20,7 milyard dramı ilə müqayisə oluna bilər. Lakin maliyyə nazirinin qeyd etdiyi kimi, kreditlərlə bağlı bütün qrantlar büdcədə öz əksini tapmır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*