“Avrora”ya qarşı külli miqdarda dələduzluq olub.
KONKRET.az-ın məlumatına görə, söhbət 92 min manatlıq “Bizon” satışından gedir.
Belə ki, şirkətin Anbar Təsərrüfatı və Logistika Departamentində sürücü vəzifəsində işləyən Sabir Kələntərov (ad-soyad şərtidir) öz qulluq mövqeyindən istifadə etməklə şirkətin satış üzrə nümayəndəsi vəzifəsində çalışan şəxslərlə danışıb özünün müştərilərinin olmasını, tez bir zamanda “Avrora”ya məxsus “Bizon” içkilərini satıb satışdan əldə olunacaq pulu bir ay müddətində Şirkətin Bərdə filialının xəzinəsinə təhvil verəcəyini yalandan vəd verib.
O, şirkət əməkdaşlarının etibarını qazandıqdan sonra “Avrora”ya ümumilikdə külli miqdarda, yəni 91.851 manat məbləğində ziyan vurmaqla dələduzluq edib.
Cinayət İşinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmünə əsasən, Sabir Kələntərov 6 il 3 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
Ağagül Mürsəlov,
KONKRET.az

Avroraya haqq edirlər. Məni 48 yaşım var deyu satış nümayəndəsi kimş işə götürmədilər. Alın sizə gənclər, cavanlar.
Avroraya haqq edirlər. Məni 48 yaşım var deyu satış nümayəndəsi kimş işə götürmədilər. Alın sizə gənclər, cavanlar.Mən onlara hər cür şəraitdə satış uğuru vəd etdim, amma anlamadılar. Uşaq-muşağı toplayıblar ora, füya HR-dırlar. Sizin başınızın bildiyini mənim ayağım 20 il qabaq bilirdi
Daşqın,get işinnən məşğul ol
Daşqın get işinnən məşğul ol