Almaniyanın şərqindəki bəzi sənaye şirkətləri Ukraynadakı münaqişə ilə bağlı davamlı sülh razılaşması əldə olunarsa, Rusiyadan qaz nəqlinin bərpasına ümid edir.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, regiondakı sənayeçilər ABŞ prezidenti Donald Trampın Ukraynadakı döyüşlərə son qoymaq səylərindən ruhlanıblar.
Ən böyük alman kimya şirkətlərindən biri “Infraleuna GmbH”-nin rəhbəri Kristian Günter hesab edir ki, ucuz boru kəməri qazının tədarükü Almaniyada iqtisadi vəziyyəti yaxşılaşdıracaq.
“Bu, Ukraynada sülh razılaşmasının əldə edilməsinin məntiqi nəticəsi olardı. Almaniya Ukraynaya onun bərpasında kömək etmək niyyətindədirsə, o zaman ölkənin sənaye potensialının artması daha vacibdir”.
Vəli Həsənoğlu,
KONKRET.az