Ana və qızı qonaq getdiyi evdə dəm qazından zəhərləndibackend

Ana və qızı qonaq getdiyi evdə dəm qazından zəhərləndi

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*