Anadan azyaşlı övladına qarşı dəhşətli əməl – Qonşular gizli çəkdibackend

Anadan azyaşlı övladına qarşı dəhşətli əməl - Qonşular gizli çəkdi

Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisənin paytaxtın Nizami rayonunda, mənzillərin birində baş verdiyi bildirilir.

Məlumata görə, ana ağlayan azyaşlı övladına qarşı şiddət tətbiq edib, onu təhqir edərək kəmərlə döyməklə hədələyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb və araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*