ANAMA-dan mina hadisələri ilə bağlı ÇAĞIRIŞbackend

ANAMA-dan mina hadisələri ilə bağlı ÇAĞIRIŞ

Baş verən mina hadisələri ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.

ANAMA-dan KONKRET.az-a daxil olan məlumatda deyilir:

Nərəzə alın ki:

• Müharibə bitsə də işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir.

• Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər.

• Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!

• Naməlum və şübhəli əşyalara toxunmayın!

• Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!

• Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!

• Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*