DƏHŞƏT! Neft buruğu ÇÖKDÜ – YARALANANLAR VAR (VİDEO)backend

DƏHŞƏT! Neft buruğu ÇÖKDÜ – YARALANANLAR VAR (VİDEO)

Rusiyanın Yamalo-Nen muxtar dairəsində yerləşən “Xarapurneftegaz” yatağında baş verən yanğın nəticəsində neft buruğu çöküb.

KONKRET.az xəbər verir ki, ötən axşam “Belorusneft-Sibir” şirkətinin işlədiyi mədən sahəsində bir neçə quyuda yanğın baş verib. Hadisə zamanı iki ədəd 25 metr hündürlüyündə alov sütunu yaranıb və yanğın hələ də davam edir.

Yanğın nəticəsində üç neftçi ağır xəsarət alaraq reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*