ANAMA sədrinin birinci müavini vəzifəsindən azad edildibackend

ANAMA sədrinin birinci müavini vəzifəsindən azad edildi

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, sədr müavini 31 yanvar 2024-cü ildə vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. (Oxu.az)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*