Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.
KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı sakinlərinin müraciətlərini dinləyən Anar Quliyev vətəndaşların torpaq münasibətləri, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin tikintisinə və istismarına icazə icraatı ilə bağlı suallarını cavablandırıb, bəzi məsələlərin yerindəcə həllinə dair göstərişlər verib.
Qəbulda həmçinin Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri barədə ətraflı məlumat verilib.