Anar Quliyev Xızı və Siyəzən sakinlərini qəbul etdibackend

Anar Quliyev Xızı və Siyəzən sakinlərini qəbul etdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xızı və Siyəzən rayonlarından olan sakinlərlə görüşüb.

KONKRET.az Komitəyə istinadən xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Qəbul zamanı vətəndaşların əsasən torpaq və digər daşınmaz əmlak üzərində hüquq, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi və tikintisinə icazə icraatı ilə bağlı sualları cavablandırılıb. Eyni zamanda, şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılmış elektron icazə (e-tikinti) sisteminin üstünlükləri və imkanları barədə vətəndaşlara ətraflı məlumat verilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*