“Anasından pul istəyib, sonra küçədə qonşusunu…” – Kürdəmirdə anasını öldürən oğulla bağlı YENİ FAKTLARbackend

"Anasından pul istəyib, sonra küçədə qonşusunu..." - Kürdəmirdə anasını öldürən oğulla bağlı YENİ FAKTLAR

Kürdəmirdə anası və iki həmkəndlisini bıçaqlayan şəxs narkotik aludəçisi olub.

KONKRET.az mətbuat.az-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən İlham Alıyev ailəsindən ayrılıbmış:

“O narkoman idi, güman ki, anası pul vermədiyi üçün onu öldürüb. Səsə gələn qonşusu Vüqar Məmmədovu da bıçaqlayıb. Daha sonra “Köhnə bazar” tərəf gedib, geri qayıdandan sonra rastlaşdığı həmkədlisi Famil Şükürovu da çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib”.

Qeyd edək ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində İ. Alıyev kənd ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*