“Deyilənə görə, yanğına qonşu mağazalardan birindəki qısaqapanma səbəb olub. Anbarlarda qida, bitki yağları, kompüter və digər avadanlıqlar var idi”.
KONKRET.az Report-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsindəki anbarda yanğından zərər çəkmiş sahibkar Elis Abbasova deyib.
O, sözlərinə belə davam edib:
“İçəridən heç nə çıxara bilmədik. Mənim bütün həyatım orada qalıb, dayanıb”.