Andrey Belousov : “Rusiya yaxın onillikdə hər cür münaqişəyə hazır olmalıdır”backend

Andrey Belousov : "Rusiya yaxın onillikdə hər cür münaqişəyə hazır olmalıdır"

Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan edib ki, Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti vəziyyətin istənilən inkişafına, o cümlədən yaxın onillikdə Avropada NATO ilə mümkün hərbi münaqişəyə tam hazırlığın təmin edilməsinə yönəlib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Belousovun fikirincə NATO-nun bu ilin iyulunda keçirilən sammitində qəbul edilən qərarlar, eləcə də doktrinal sənədlər belə bir münaqişənin mümkünlüyünü sübut edir. O, həmçinin vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti xüsusi hərbi əməliyyatın məqsədlərinin həyata keçirilməsinə, eləcə də Mərkəzi Asiya, Afrika, Qafqaz və Dnestryanı bölgələrdə hərbi mövcudluğa əsaslanır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*