Türkiyənin Antalya şəhərində Rusiyaya məxsus “SSJ-100” təyyarəsinin yanmasının səbəbinin əsas versiyası məlum olub.
KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, hadisədə pilot xətası başlıca rol oynayıb. Mənbənin sözlərinə görə, güclü külək təyyarənin enişinə mane olub.Təyyarə komandirinin reaksiyası gecikib. Kapitan təlimata uyğun olaraq təyyarəni endirə bilməyib. Məlumatda bildirilir ki, kapitan küləyin sürətini nəzərə almadan uzun müddət hava limanı üzərində dövrə vurub. Fövqəladə vəziyyətin səbəbləri ilə bağlı bu, yekun versiya deyil. Rusiya İstintaq Komitəsi Antalya hava limanında Rusiyaya məxsus “SSJ-100” sərnişin təyyarəsinin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açıb .
Xatırladaq ki, fövqəladə hadisə noyabrın 24-ü axşam saatlarında təyyarə eniş edərkən baş verib. Ölən və xəsarət alan olmayıb. Pilotlar təyyarəni birbaşa hava limanı yanğınsöndürmə stansiyasının yanına endiriblər və bunun sayəsində türk xilasediciləri tez bir zamanda yanğını söndürməyi bacarıblar. Sərnişinlər dərhal təxliyə edilib.
Vəli Həsənoğlu,
KONKRET.az