Aparıcı Zaur toy qiymətini açıqladı: “Xeyr, mən 5 minə toya getmirəm…” – VİDEObackend

Aparıcı Zaur toy qiymətini açıqladı: "Xeyr, mən 5 minə toya getmirəm..." - VİDEO

Aparıcı Zaur Kamal toy qiymətlərini açıqlayıb.

KONKRET.AZ xəbər verir ki, aparıcı Xəzər TV-də yayımlanan “5-də 5” verilişində bəzi düzəlişlərini edərək açıqlanan rəqəmləri təsdiqləyib.

Zaur Kamal verilişdə qonaq olan Sevil-Sevinc bacılarından ad gününə telefon, Tarix Əliyevdən (Tolik) isə brilyant saat almasını istəyib. Bu zaman Tolik etiraz edib:

“Ay qardaş, mən nə qazanıram?! Sən 5 minə toya gedirsən, mən heç bir dəfə də toya getmirəm”.

Zaur Kamal “xeyr, mən 5 minə toya getmirəm, 3 minə gedirəm”, – deyib. Tolik: “Azdır 3 min..? Ayda 10 toya getsən, edəcək 30 min… Gürcüstana gedəndə bir az baha gedirsən. Keçən dəfə kişinin oğlu Moskvaya toya 5 min dollara getmişdi. Azdı, 10 min manat edir?!”.

Tolikin dediklərinə qarşılıq olaraq Zaur Kamal təəccüblə “vay-vay, heç mənim bunlardan xəbərim yoxdu”, deyib.

KONKRET.AZ sözügedən görüntüləri verilişdən təqdim edir:

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*