Araqçi İsraili tənqid etdibackend

Araqçi İsraili tənqid etdi

İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshak Darla telefon danışığı zamanı beynəlxalq ictimaiyyəti İsrailin hücumlarını qətiyyətlə pisləməyə çağırıb.

KONKRET.az İranın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, İran və İsrail arasında münaqişənin gərginləşməsindən bəri nazirlər arasında baş tutan ikinci telefon danışığıdır.

Məlumata görə, Əraqçi İsrailin İran ərazisinə endirdiyi zərbələrin nəticələri barədə danışıb və beynəlxalq ictimaiyyəti Təl-Əvivin hərəkətlərini qətiyyətlə pisləməyə, BMT Təhlükəsizlik Şurasını isə günahkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

A.Əraqçi İsrailin hərəkətlərinin regionda qeyri-sabitliyin əsas mənbəyi olduğunu bildirib.

XİN başçıları həmçinin regional və beynəlxalq mexanizmlər vasitəsilə səylərin əlaqələndirilməsi yollarını nəzərdən keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*