Arif Hacılı sərbəst buraxıldıbackend

Arif Hacılı sərbəst buraxıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə “facebook”da partiya sədri özü məlumat verib.

Qeyd edək ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayının 12-də BŞİH-in qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

Bir cavab yazın