Arif Rəhimzadə erası bitdibackend

Arif Rəhimzadə erası bitdi

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın sədri Sabir Rüstəmxanlının namizədliyini irəli sürüb. Gözlənilmədən onun namizədliyi VHP Siyasi Şurasının qərarı ilə 61 saylı Neftçala seçki dairəsindən verilib və VHP Seçki Qərargahının üzvləri, səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sənədlər Dairə Seçki Komissiyasına təqdim edilib. Artıq VHP Mərkəzi Seçki Qərargahının Neftçala seçki bürosu yaradılıb. Seçki qərargahı dünəndən fəaliyyətə başlayıb. Yaxın günlərdə isə imza toplama kampaniyasına başlanılacaq.

Halbuki Sabir Rüstəmxanlı bundan əvvəl 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd olacağını açıqlamışdı.

Qeyd edək ki, VHP-nin gözlənilməz qərarı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə 61 saylı Neftçala seçki dairəsinin deputatı Arif Rəhimzadənin budəfəki parlament seçkilərində iştirak etməyəcəyi haqqında iddialar da səsləndirilməyə başlayıb.

KONKRET.azmodern.az-a istinadən xəbər verir ki, Arif Rəhimza qısa bir açıqlama ilə iddiaları nə təsdiq, nə də təkzib edib:

“Hər şey deyilib, məndən daha nə soruşursunuz?!”.

Qeyd edək ki, Arif Rəhimzadə Milli Məclisin bütün çağırışlarında deputat seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*