“Bu vəziyyətə görə məsuliyyəti Nikol Paşinyan daşıyır, beynəlxalq ictimaiyyət , sülhməramlılar yox”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan teleqram kanalda yazıb. O, Qarabağdakı qondarma qurumun “rəsmi”si Artak Beqlaryanın “bəyanat”ını şərh edib.
“Yox, Artak, bu vəziyyətə görə beynəlxalq ictimaiyyət məsuliyyət daşımır. Bu vəziyyətin günahkarı buradan bir neçə bina aralıda oturan Nikol Paşinyandır. Siz bunu yaxşı bilməli idiniz və oturaq aksiyaya oradan başlamaqla düzgün hərəkət edərdiniz. Yerinizi dəyişin.
Eşidilməmiş bir şeydir. Əsl günahkarları bir kənara qoyaraq, beynəlxalq ictimaiyyəti, Rusiya sülhməramlılarını, birinciləri, müxalifəti, yadplanetliləri günahlandırırlar…”,- deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az