Arvadına mesaj yazan şəxsi bıçaqladı -TƏFƏRRÜATbackend

Arvadına mesaj yazan şəxsi bıçaqladı -TƏFƏRRÜAT

Daşkəsən rayonun Quşçu kəndində baş verən bıçaqlanmanın bəzi təfərrüatları bilinib.
Konkret.az Anews.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Elton Həsənli həmkəndlisi, 1986-cı il təvəllüdlü Gəncəli Hüseynov tərəfindən bıçaqlanıb.
İlkin məlumatlara görə, hadisə qısqanclıq zəmnində qeydə alınıb. Belə ki, Elton həmkəndlisi G.Hüseynovun həyat yoldaşının mobil telefonuna bir necə dəfə SMS yazıb.
Bunu bilən G.Hüseynov onu kəndin çayxanasında taparaq bıçaq zərbələri endirib.
Axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*