Arvadını qətlə yetirən kişi TUTULDUbackend

Arvadını qətlə yetirən kişi TUTULDU

Gəncədə qadının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

KONKRET.az APA-ya istinadən bildirir ki, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Elşən Quliyevin həyat yoldaşı – Tovuz rayonun Alakol kənd sakini 1980-ci il təvəllüdlü Yeganə Hümbətova ilə aralarında mübahisə düşüb.

Bu zaman əsəblərinə hakim ola bilməyən 38 yaşlı kişi həyat yoldaşının ürək nahiyəsinə bıçaqla zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Xatırldaq ki, bu, Yeganə Hümbətovanın ikinci evliliyi olub. Onun birinci əri bir neçə il qabaq vəfat edib.

Mərhum ötən il Elşən Quliyevlə ailə qurub. 43 yaşlı qadının birinci evliliyindən bir qızı, bir oğlu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*