Türkmənistan paytaxtı dünyanın ən ucuz ictimai nəqliyyatına sahib ölkələridəndir. Belə ki, orada sərnişinlərin ünvana çatdırılması bizim pulla 15-25 qəpik civarında dəyişir.
KONKRET.az xəbər verir ki, Aşqabadda benzinin litri 0.73 AZN-dir. Taksi xidməti 1 km məsafəyə 1.44 AZN yazır. “Toyota Corolla” kimi avtomobilləri 35 min manata almaq olar.
Restoran
1 nəfərlik nahar 30 AZN
2 nəfərlik (spirtli içki ilə) şam yeməyi 75 AZN
Big Mac 17 AZN
Qeyd edim ki, Türkmənistanda bu ilin qiymətlərini təqdim edən bəzi turizm şirkətləri Aşqabbada 1 litr benzinin 0.34 AZN, ictimai nəqliyyatın isə bu qiymətdən iki dəfə ucuz olduğunu paylaşıb.
Yanacaqdan başqa qiymətlərdə isə bahalıqdır. Məsələn, kapuçino 4 AZN, mineral su 1 manat 10 qəpik, yerli pivə 2.40 AZN dəyərindədir.
Levis cinsləri 170 AZN
Zara donları 144 AZN
Nike və Adidas 300 AZN
Bəzi ərzaq məhsulları, istirahət növlərinin də qiyməti Bakıdakından 2-3 manat artıqdır. Amma Türkmənistanda minimum əmək haqqı da Azərbaycandan təxminən iki dəfə çoxdur. Bununla yanaşı, Türkmənistan 2023-ci ildən başlayaraq minimum əmək haqqı və pensiyaları 10 % artıracaq. Yəni:
– Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyası 900 AZN
– Onların həyat yoldaşlarının təqaüdü 270 AZN
– Minimum əmək haqqı 560 AZN
Azərbaycan manatının məzənnəsi türkmən manatından iki dəfə artıqdır.
Anar Rəhimov,
KONKRET.az
Aşqabadda həm çörəyin,həmdə ərzaq məhsullarının qiyməti aşağıdı bizlə müqayisə edəndə.Birdə ki, orda iş yerləridə çoxdur.Camaata kapuçina yox,dolanışıq,iş yerləri lazımdı.