“Atam can üstə olanda məni görmək istədi, GETMƏDİM”backend

"Atam can üstə olanda məni görmək istədi, GETMƏDİM"

Müğənni Günel Ələkbərova açıqlamaları ilə diqqət çəkib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, ailəsindən danışan sənətçi dünyasını dəyişən atasını qınayıb.

Ələkbərova həyatında baş verən bütün xoşagəlməz hadisələrin səbəbini atasında gördüyünü bildirib:

“Bu barədə danışmaq istəmirəm. Onun həyatda olmamağı məni məyus etmir. Atamdan heç bir sevgi və qayğı görməmişəm. Həyatımda baş verənlər atasızlıqdan olub. Nəsə düz getməyəndə, həmişə onu günahlandırıram. Dünyasını dəyişsə də, heç vaxt onu bağışlamayacağam. Yaxşı insan övladını atmaz.

Zəng vurub demişdilər ki, can üstündədir səni görmək istəyir. Əlbəttə ki, getmədim. Uşaqlıqdan onu tanımırdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*