Şairə Nazilə Səfərlinin atası xərçəngdən əziyyət çəkir.
KONKRET.az xəbər verir ki, bunu o, “Tarixin bir günü” verilişində deyib.
Atasının onu tanımadığını bildirən Nazilə göz yaşlarını saxlaya bilməyib:
“Bacım qızının xeyir işi olacaq. Dünən atamın yanına getmişdim. Dedim gözün aydın, nəvən ərə gedir. Atam gedib anama deyib ki, o gəlin kim idi mənə xeyir dua verdi? Sən demə, atam məni tanımayıb (ağlayır). Allah hamıya kömək olsun. Bacılarım, qardaşım, gəlinimiz belə atam-anama çox yaxşı baxır, qulluq edir. Allah hamının yanında belə ailə qismət etsin, heç kimi yiyəsiz qoymasın. Mən valideynlərimi çox sevirəm, onlar üçün hər şeyi etmişəm, edəcəyəm də”.