Atası qızını həyətdə basdırdığını dedi, meyit tapılmadı – FOTObackend

Atası qızını həyətdə basdırdığını dedi, meyit tapılmadı - FOTO

Ağdamda 4 il əvvəl itkin düşən 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın atası tərəfindən qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib.

Məlumatla əlaqədar ailənin yaşadığı İmamqulubəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib. Hazırda araşdırma və axtarışlar davam etdirilir.

Qeyd edək ki, APA Ağdamda 4 ildir itkin düşən 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızının atası tərəfindən öldürülməsi və meyitinin bu gün tapılması barədə məlumat yayıb. Lakin sonradan Nübar Nəcəfovanın sağ olması, onun böyük bacısı, 1996-cı il təvəllüdlü Nərgizin itkin düşmüş şəxs kimi axtarılması dəqiqləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*