Avropa İttifaqı İranla bağlı QƏRAR VERDİbackend

Avropa İttifaqı İranla bağlı QƏRAR VERDİ

Avropa İttifaqı (Aİ) 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) sonra dondurulmuş sanksiyaların bir hissəsini yenidən qüvvəyə mindirib.

KONKRET.az xəbər verir ki, bu barədə qərar Aİ Şurası tərəfindən qəbul edilib və bazar ertəsi yayımlanan rəsmi bəyanatda təsdiqlənib.

Sənəddə bildirilir ki, məhdudiyyətlərin bərpası Tehranın nüvə sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Qərar çərçivəsində BHFP üzrə əvvəl ləğv olunmuş bəzi tədbirlər yenidən tətbiq olunur.

Yeni sanksiyalar fərdi şəxslərə qarşı məhdudiyyətləri əhatə etməklə yanaşı, İran iqtisadiyyatının əsas sahələrinə – ticarət, maliyyə əməliyyatları və nəqliyyat sektoruna da şamil edilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*