Avropa İttifaqı İsrailə QARŞI: Nə baş verir? backend

Avropa İttifaqı İsrailə QARŞI: Nə baş verir? 

Aİ İsrailə qarşı tədbirləri müzakirə edəcək.

KONKRET.az xəbər verir ki, Avropa İttifaqı gələn həftə İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab olaraq ona qarşı beş mümkün tədbirin siyahısını təqdim edəcək.

Təklif olunan tədbirlərdən yalnız bir neçəsinin təsdiqlənməsi ehtimalı yüksəkdir.

Euractiv-in məlumatına görə, təqdim olunacaq sənəddə aşağıdakı variantlar nəzərdən keçirilir: Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması; fərdlərə, o cümlədən İsrail hökumətinin üzvlərinə, əsgərlərə və sərt məskunlaşanlara qarşı sanksiyalar; ticarət məhdudiyyətləri; silah embarqosu, eləcə də Aİ ilə İsrail arasında elmi əməkdaşlığın dayandırılması.

“Bu tədbirlərin əksəriyyəti əvvəllər müzakirə edilsə də, ilk dəfədir ki, onlar yazılı şəkildə rəsmi formadasənədləşdiriləcək”, – nəşr qeyd edir.

Təkliflərin iyulun 15-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirəsi planlaşdırılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*