Avropa İttifaqı yeni sərhəd sistemi tətbiq edəcəkbackend

Avropa İttifaqı yeni sərhəd sistemi tətbiq edəcək

Oktyabrın 12-dən etibarən yeni rəqəmsal giriş və çıxış sistemi (EES) Avropa İttifaqının və Şengen zonasının xarici sərhədlərində fəaliyyətə başlayacaq.

KONKRET.az xəbər verir ki, xarici KİV məlumat yayıb.

“Sistemin mərhələli şəkildə işə salınması 2025-ci il oktyabrın 12-dən nəzarət-buraxılış məntəqələrində, o cümlədən Aİ-yə üzv dövlətlər – Polşa, Slovakiya, Macarıstan və Rumıniya ilə sərhəddə planlaşdırılır”, – məlumatda deyilir.

Qeyd olunur ki, EES sisteminin fəaliyyəti Şengen zonasının xarici sərhədlərini qısamüddətli qalmaq üçün (180 günlük müddət ərzində 90 günə qədər) keçən bütün üçüncü ölkə vətəndaşlarına şamil ediləcək.

EES sistemi pasportlara möhür vurmadan sərhəd keçidlərini elektron şəkildə izləmək üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış mərkəzləşdirilmiş məlumat bazasıdır.

EES işə salındıqdan sonra Şengen zonasına ilk dəfə daxil olduqda, şəxs biometrik məlumatların toplanmasını əhatə edəcək genişləndirilmiş qeydiyyatdan keçəcək: üzün fotosu və dörd barmaq izi. Sonrakı sərhəd keçidlərində biometrik məlumatlar mövcud rəqəmsal informasiya ilə yoxlanılacağı üçün proses sadələşdiriləcək və sürətləndiriləcək. Sistem avtomatik olaraq giriş/çıxış tarixini, vaxtını və yerini qeyd edəcək.

Avropa Komissiyası oktyabrın 12-dən yeni sistemin mərhələli şəkildə istifadəyə verildiyini elan edib. Gözlənilir ki, iştirakçı ölkələrin sərhəd qurumları altı aylıq keçid dövründə onu mərhələli şəkildə tətbiq edəcəklər.

EES-in həyata keçirilməsi sərhəd nəzarətinin sürətləndirilməsi, təhlükəsizliyin artırılması, vətəndaşların Aİ ölkələrində qalma müddətinin dəqiq uçotu, qeyri-qanuni miqrasiya ilə mübarizə və s. əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*