Avropa ölkələri Ukraynaya qoşun yeridəcək?backend

Avropa ölkələri Ukraynaya qoşun yeridəcək?

 

Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ANSA-ya Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas bildirib.

“Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz”, – siyasətçi deyib.

Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.

Qeyd edək ki, Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Kiyevdə səfərdədir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*