Avropa İttifaqının ətraf mühitin mühafizəsi üzrə komissarı Jessica Rosvall köhnə qitəin su qıtlığından əziyyət çəkdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Rosvall “Financial Times” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Aİ su qıtlığı problemini tez bir zamanda həll etməli və borulardan sızmaların aradan qaldırılması üçün işlərin maliyyələşdirilməsinin yeni yollarını tapmalıdır. Rosvalın sözlərinə görə, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Aİ su təchizatı böhranını aradan qaldırmaq səylərinin zərərinə enerji təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirib. “Biz su haqqında çox az danışırıq, əvəzində bütün diqqətimizi enerji məsələsinə yönəltmişik. Enerji nə qədər vacibdirsə, su da bir o qədər əhəmiyyətlidir. Avropa Ətraf Mühit Agentliyinin oktyabr ayında dərc etdiyi araşdırmaya görə, Avropa İttifaqı ərazisinin beşdə biri və əhalisinin demək olar ki, üçdə biri hər il su çatışmazlığından əziyyət çəkir.
Vəli Həsənoğlu,
KONKRET.az