Avropanın üstünü alan təhlükə – Qaz yoxdurbackend

Avropanın üstünü alan təhlükə - Qaz yoxdur

Rusiyanın Ukraynadan Avropaya qaz nəqlini dayandırmaq qərarından sonra Moldovanın elektrik enerjisinə olan tələbatının 80 faizindən çoxunu təmin edən Dnestryanı bölgədəki elektrik stansiyası hasilatı dayandırıb.

KONKRET.az xəbər verir ki, bu hadisədən sonra ölkədə isti su, istilik, ictimai nəqliyyat və bir çox digər infrastruktur xidmətləri dayanıb.

Elektrik stansiyası dərhal kömürlə işləməyə keçib.  Bütün Avropada qaz kəsintilərindən sonra enerji qiymətləri də yüksəlib. Əgər “Türk axını” ilə bağlı  hər hansı problem yaranarsa, enerji problemi bütün qitədə pik həddə çata bilər. Slovakiyanın baş naziri Fiko isə  bildirib ki, Ukraynadan keçən Rusiya qazının dayandırılması  Avropa üçün ciddi nəticələrə gətirib çıxaracaq: “Bu, təkcə Rusiya üçün deyil, həm də Avropa Birliyindəki hər kəs üçün ciddi nəticələrə səbəb olacaq”, deyə Fiko bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*