Avstraliyanın Baş naziri NATO-ya “yox” dedibackend

Avstraliyanın Baş naziri NATO-ya "yox" dedi

Avstraliyanın Baş naziri Entoni Albanese 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməyəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanı qarşıdakı görüşdə baş nazirin müavini və Avstraliyanın müdafiə naziri Riçard Marles təmsil edəcək.

Bəzi avstraliyalı təhlilçilər baş nazirin Vaşinqtona getməmək qərarını pisləyərək, ölkə rəhbərinin NATO sammitində iştirakının dünyada və regionda təhlükəsizlik problemlərinin müzakirəsi baxımındasn vacib olduğunu qeyd ediblər.

Şimali Atlantika Alyansının səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq bəyan edib ki, NATO Asiya-Sakit Okean regionu ölkələri, o cümlədən Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, söhbət silahlara nəzarət, texnologiyanın inkişafı, kiberhücumlara qarşı mübarizə kimi sahələrdə əməkdaşlığın gücləndirilməsindən gedir.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*