Avstriya Almaniyanı məhkəməyə verə bilərbackend

Avstriya Almaniyanı məhkəməyə verə bilər

Berlin Almaniya ərazisindən qonşu ölkələr üçün qaz tranzit haqlarının ləğvi prosesini yubatmağa davam edərsə, Vyana Avropa İttifaqı Məhkəməsinə müraciət etmək niyyətindədir.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Avstriyanın Energetika Nazirliyinin rəhbəri Leonore Qevessler Brüsselə Avropa İttifaqı ölkələrinin enerji departamentləri rəhbərlərinin görüşündə deyib: “Almaniya qazının saxlanması haqqı bizim Rusiyanın mavi yanacağından asılılıqdan çıxmaq yolumuzu ləngidir. Son bir neçə gündə ləğv ediləcəyi ilə bağlı daha çox müsbət siqnallar alırıq. Bununla belə, mən bütün ssenarilərə hazır olmağa çağırıram. Rüsumun ləğvi ləngiməkdə davam edərsə, Avstriyanın Avropa Məhkəməsində iddia qaldırmaq hüququ  var. Biz buna hazırlaşırıq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*