AXCP fəalı apellyasiya şikayəti verdibackend

AXCP fəalı apellyasiya şikayəti verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dələduzluqda təqsirləndirilən fəalı Elxan Əliyev və onunla birgə ittiham olunan Vəfadar Aslanov və Yusif Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası mayın 13-nə təyin edilib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əliyev 5 il azadlıqdan məhrum edilib, Vəfadar Aslanov və Yusif Əliyev isə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 5 il şərti olaraq azadlıqdan məhrum ediliblər. Həbsdə olan Vəfadar Aslanov dərhal məhkəmə zalından azadlığa buraxılıb, ev dustaqlığında olan Yusif Əliyevin qətimkan tədbiri isə şərti cəza ilə əvəz olunub.

Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb.

Belə ki, müttəhimlər Bakının Nardaran qəsəbəsində mülkiyyət hüququna dair sənədi olmayan torpaq sahəsini ona 57 min manata sataraq dələduzluq ediblər. (Pravda.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*