backend

"Ayda 200 manat qazpulu verirsə, belə çıxır ki, o, evində restoran işlədir?!"

Qazın verilişinə olan məhdudiyyətlər və borcların hesablanmasında yaranan problemlərlə bağlı mövzular cəmiyyəti ciddi narahat edir. Vətəndaşlar sayğaclar dəyişildikdən sonra qaz sərfiyyatından 2-3 dəfə artıq borc gəldiyini iddia edirlər. Bundan əlavə, qış fəslinə rəğmən, qazın verilməsində məhdudiyyətlərin olması ilə bağlı haqlı şikayətlər də az deyil.

Qazın verilişinə olan məhdudiyyətlər və borcların hesablanmasında yaranan problemləri KONKRET.az-a şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, qaz sayğaclarına müdaxilələrin olması ilə bağlı konkret fikir səsləndirmək çətindir: “Mütəxəssis olmadığıma görə o sayğaclara müdaxilənin mümkün olub-olmamasını bilmirəm. Amma qaz ölkəsi olaraq və bütün dünyanı qazla təmin edən dövlətdə qazın qiyməti o qədər aşağı olmalıdır ki, insanlar arasında hər hansı narazılıq olmasın. Hətta bir çox ölkələrdə qaz və neft məhsulları, ümumiyyətlə, pulsuzdur. Çalışmalıyıq ki, insanlar bu məsələdən şikayət etməsin. Qaz ölkəsi olmasına baxmayaraq, satışa görə Azərbaycan ən baha qaz satan dövlətlərdən biridir. Amma sayğac belə gəldi, kimsə az və ya çox işlətdi kimi problemlər sadəcə müvəqqəti xarakter daşıyır”.

Partiya rəhbəri vurğulayıb ki, xammal satan ölkədə həmin məhsullar ucuz olur: “Təəssüf ki, Azərbaycanda bu tendensiyaya əməl olunmur. Türkmənistanda qaz pulsuzdur. Azərbaycanda da bu təcrübəni tətbiq etmək olar. Ya da vətəndaşın istifadə etdiyi qazın bir hissəsini pulsuz, digər hissəsini bugünkü qiymətlərlə satmaq olar. Dövlət əhalinin xərcinin bir hissəsini öz üzərinə götürməlidir. Bu, dünyada qəbul edilmiş qaydadır. Çünki milli gəlirlərin hamısı dövlət büdcəsinə daxil olmur, əksinə, 5-10 məmurun cibinə axır. Ona görə də hökumət vətəndaşları da düşünməlidir. Bundan əlavə, bizdə əməkhaqqı olduqca aşağıdır. İmkanı olmayan insan ayda 200 manat qazpulunu necə ödəyə bilər? Belə çıxır ki, o, evində restoran işlədir?!”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

  • Nurane
    Yanvar 27, 2021 - 20:20

    Salam.Men kirayede qaliram kurdexani qesebesinde 1 oglumda var 8 yasinda ozumde hara gedirem işle bagli ger yer oxumuş ve tecrübe teleb edir.Ona gorede işsiz qalmisam hazirda ev Xezeykama kiraye qaldigim yeni borcum Fevralda 500.azn.olacag oda pulunu teleb edir eyer cixartsa evden bu qisin soyugunda biz çölde qalmalı olacıg oglumla.Ve komunala kecim.Teze qaz saygacı qosdular Oktyabrın 6.sı.qosuldu kartsız yeni Dekabrda Ceki geldi borc yeni ilk defedi geldi 93.manat.90.qepik.nece oduyum nece edim helede bilmirem.İşigim tezelikle 114.azn.98.qepik gelib çek oda kartsız olan sayğacdandı ve bu isigin pulunnan cemi 20azn.kecirtdim kecen hefte Anam verdi mende kecirtdim işiga.Bu gunde gelib yerli dibli işıgımizı kesib getdiler indi siz deyin biz ne edek yoldasim yox oglum hec dünyaya gelmemişdi atıb meni getmişdi işlemek adıyla.Tek çaresiz bir Azerbaycan Qadını olarag sizlerden kömek istirem çox xais edirem bunu kim oxusa yazdigimi nomre yazacam ona zeng edib kömek etsin bize TEK OLAN VARLIGIMIZ OLAN ALLAHA AND IÇIREMKI HEQIQETEN KOMEYE EHTIYACIM VAR.XAIŞ EDIREM BİR ELAC EDİN MENE.

    • Seynur
      Yanvar 27, 2021 - 23:49

      Salam.size kömək edə bilerem

  • Samirə
    Yanvar 28, 2021 - 00:45

    Qaz pulu bizi boğaza yıgıb. Şəxsi evdə yaşayıram. Evimizin sahəsi boyükdür. Qışda qaz pulunu çatdıra bilmirik. Hamımız məcburən bir otağa yığışmağa calışırıq. O biri otaqlar nəm çəkir. Paltarlarımız, ev əşyaları nəmdən işlanır, qışda özümüzü vitusdan qorumaq üçün evi isti saxlamağa məcburuq. Noyabr, dekabrı hər ay 1limiti keçdiyimiz görə 140 manatlıq qaz vurmuşuq.. Limit bizə 2ay zorla dözür. Evdə onkoloji xəstə həyat yoldaşım var. Necə edim. Neft, qaz ölkəsində yaşasaq da, onların faydasını məmurlar və xarici olkələr görür. Heç olmasa, limiti aradan qaldirin. Pandemiya dövründə insanlara bəsdirin zülm etdiniz.

  • Fuzuli
    Yanvar 28, 2021 - 08:16

    055 886 32 66

Fuzuli üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*