AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına dair araşdırmanın nəticələri Yeni ildən sonra ictimaiyyətə açıqlana bilər.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.
Onun sözlərinə görə, istintaq bir ilə yaxındır davam edir və faciənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.