Azərbaycan bayrağı Ermənistanda TREND OLDU – FOTObackend

Azərbaycan bayrağı Ermənistanda TREND OLDU - FOTO

Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbəkədə maraqlı hadisəni izləyicilərlə bölüşüb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan istifadəçilərinin Twitter (X) platformasında Azərbaycana qarşı etiraz məqsədilə apardığı kampaniya gözlənilməz nəticə verib.

Mütəxəssis qeyd edib:

“Etiraz mesajlarında ‘Azərbaycan’ sözünü yazmaq əvəzinə simvol limitinə görə 🇦🇿 bayraq emojisini istifadə ediblər. Bu isə Twitter-in alqoritmi tərəfindən Azərbaycan bayrağını Ermənistan üzrə trendin zirvəsinə çıxarıb. Maraqlı, təsadüfi və simvolik bir hadisədir. Dünən #AzərbaycanaSanksiya yazanlar, bu gün fərqində olmadan öz trendlərində Azərbaycan bayrağını dalğalandırıblar”.

Sosial media alqoritmləri və emosional kampaniyaların bəzən necə əks nəticə verdiyinin daha bir nümunəsi kimi dəyərləndirilən bu hadisə, virtual mübarizənin də nə qədər diqqət tələb etdiyini göstərir.

susa-qlobal-media-forumu-ermenistanda-trend-oldu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*