Azərbaycan bu təşkilata niyə hələ də üzv olmayıb? – Prezident açıqladıbackend

Azərbaycan bu təşkilata niyə hələ də üzv olmayıb? - Prezident açıqladı

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb.

KONKRET.az xəbər verir ki, dövlətimizin başçısı deyib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir:

“Bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir”.

Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini xatırladan Prezident bildirib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, proses daha da rəvan gedər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*