Azərbaycan dili ilə bağlı  qanun dəyişə bilər – Artıq yalnız məcburi qaydada…backend

Azərbaycan dili ilə bağlı qanun dəyişə bilər - Artıq yalnız məcburi qaydada...

“Uşaq hüquqları haqqında” qanunda yalnız ana dilində ibtidai təhsil hüququnun ayrıca maddə kimi təsbit olunması məqsədəuyğun hesab edilmir”

Bu fikiri vəkil Mehman Muradlı KONRKET.az-a açıqlamasında səsləndirib.

Mehman Muradlı

Onun sözlərinə görə, sözügedən məsələ birbaşa “Uşaq hüquqları haqqında” qanunla tənzimlənmir və belə bir müddəanın həmin qanuna əlavə olunması hüquqi baxımdan düzgün yanaşma sayılmır.

Ekspert bildirib ki, təhsil dili ilə bağlı məsələlər digər normativ-hüquqi aktlarla müəyyənləşir.

Vəkil qeyd edib ki, bu mövzunun uşaq hüquqları çərçivəsində ayrıca bənd kimi təqdim olunması məntiqi görünmür:

“Azərbaycan vətəndaşı olan şəxslər dövlət dilini, Azərbaycan dilini mütləq bilməlidir. Lakin bunu məcburi qaydada yalnız qanun çərçivəsində tənzimləmək də doğru yanaşma deyil”.

Muradlı hesab edir ki, təhsil dili ilə bağlı hüquqi mexanizmlər mövcud qanunvericilikdə kifayət qədər əksini tapıb və əlavə dəyişikliklərə ehtiyac yoxdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*