Milli Məclis “İmprotex Motors” şirkəti ilə nəhəng müqavilə bağlayıb.
KONRKET.az “İqtisadiyyat.az”-a istinadən xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.
Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir.
Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir. Müqavilənin icra müddəti açıqlanmayıb.
Xatırladaq ki,“İmprotex Motors” şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdəholdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib.
