“Azərbaycan, Gürcüstan və Ermənistan eyni anda bunu itirdi”backend

"Azərbaycan, Gürcüstan və Ermənistan eyni anda bunu itirdi" 

“Bizim – Azərbaycan, Gürcüstan və Ermənistanın tarixləri bir-birinə bağlıdır. Azərbaycan, Ermənistan və Gürcüstan 1918-ci ildə cəmi bir neçə gün fərqlə müstəqillik əldə edib, müəyyən müddət sonra eyni dövrdə bu müstəqilliklərini itiriblər. 1991-ci ildə isə bu üç ölkə yenə eyni vaxtda müstəqillik qazanıb”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Tariximizdən dərs almalıyıq. Hesab edirəm ki, 1991-ci ildə 1918–1920-ci illərin tarixindən kifayət qədər dərs çıxarmamışdıq, anlamamışdıq ki, niyə biz eyni vaxtda müstəqillik qazanıb, eyni vaxtda onu itirdik. Bunun səbəblərindən biri o idi ki, biz bir-birimizin müstəqilliyi, suverenliyi və dövlətçiliyinin dəyərini lazımi qədər qiymətləndirmədik. Bizə, yaxud da əcdadlarımıza elə gəlirdi ki, bir-birimizlə mübarizə aparmaqla daha böyük faydalar əldə edə bilərik. Halbuki tarix göstərdi ki, bir-birimizlə mübarizədə biz yalnız itkilər yaşaya və ən vacibini – dövləti, müstəqilliyi itirə bilərik”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*