Azərbaycan hərbçilərinin də qatıldığı “Beynəlxalq Anadolu Qartalı-2025″i 5 dövlət müşahidəçi kimi izləyirbackend

Azərbaycan hərbçilərinin də qatıldığı "Beynəlxalq Anadolu Qartalı-2025"i 5 dövlət müşahidəçi kimi izləyir

Türkiyədə “Beynəlxalq Anadolu Qartalı-2025” hərbi təlimləri davam edir.

KONKRET.az report-a istinadən xəbər verir ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edirlər.

Bundan başqa, Malayziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində “Beynəlxalq Anadolu Qartalı-2025″i izləyir.

Təlimin məqsədi ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*