Bu gün döyüşlər davam edib. Düşmən panika yaratmaq üçün yaşayış məntəqələrini hətta “Tochka-U” raketləri ilə vurdu. Tərtər istiqamətində artilleriya səsləri artıq uzaqdan gəlir. Əməliyyatın getdiyini də müşahidə qabiliyyəti olanlar çox yaxşı görə bilərdi. Cəbhə xətti yarılıbsa, təbii ki, döyüşlər dərinliklərdə gedəcək və səs də az eşidiləcək.
Son günlər erməni informasiya maşını ciddi işə düşüb. Bu da cəbhədəki uğursuzluğu ört basdır etməyə xidmət edir. Bunu niyə bizimkilər ciddiyə alır, anlamadığım budur.
Bu gün axşam tərəfi düşmən artilleriyası Quzanlıya zərbələr endirdiyi vaxt, mərminin haramıza düşəcəyini düşünürəm, bir nəfər zəng edib ki, deyirlər, atəşkəsdir. Rəsmən, havlandım. Səsi açmışam, deyir, hə, anladım. Anlamaq lazım deyil, hər gün yazıram da, gec-gec olsa da, yazıram.
4 ilə itirilmiş torpaqları 2 həftəyə alacağımızı düşünənlər, yüngül desək sadəlövhdür. Azərbaycan Ordusu təkcə erməni əsgərləri ilə yox, bunkerləri, puskuları və hiylələri ilə də döyüşür. Azərbaycan
Bildiyim, əmin olduğum bir şey var. Geriləmə deyilən şey yoxdur. Əksinə, dərinlik artıb, irəliləmə var.
Dominant.az