Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başladıbackend

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başladı

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki,bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.
Qeyd olunub ki, “Məharət-2024” təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*