Azərbaycan XİN: ABŞ səfirinin belə bir açıqlaması qəbuledilməzdirbackend

Azərbaycan XİN: ABŞ səfirinin belə bir açıqlaması qəbuledilməzdir

ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.

KONKRET.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib.

10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır.

Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir.

  • Vuqar
    Sentyabr 12, 2021 - 10:53

    ABW sefirinin ne adini yazirsiz ne de hansi ōlkede sefirlik etmedini.?? Niye bele yazirsiz? Hormetli yazar

  • Zaid
    Sentyabr 12, 2021 - 21:44

    ABŞ səfiri nə deyib axı ?

Zaid üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*