Azərbaycan “zəhərlənib” – Cəmil Məmmədli yazırbackend

Azərbaycan “zəhərlənib” - Cəmil Məmmədli yazır

Cəmil MƏMMƏDLİ

Yəhudi ilahiyyatçısı Mentiamir Xarr (XIV əsr) yazır: “…Qopacaq qiyamət günlərinin səkkiz bəlası var:

  • Edilən vəsiyyətlərin yerinə yetirilməməsi;
  • İnsan və cinayətin arasında İslamın ölməsi;
  • Göylə yer arasında vasitəçilərin olmaması;
  • Milli mənliyin və yazxud mənsubiyyətin itirilməsi;
  • Asılılıq;
  • Yaxşılığın itirilməsi, çəkilən zəhmətdə dəyərin düzgün hesablanmaması;
  • Nəfs, yalan,oğurluq, riyakarlıq;
  • Saxta işlərin mükafatlandırılması, haqqın yeyilməsi, ədalətin oğurlanması” (Filosofların məktubları. Bakı. BDU, 1964, səh 26)

Dövrünün böyül elm adamlarından sayılan Mentiamir Xarr bəlaların siyahısını sadalayarkən, ən başda “edilən vəsiyyətlərin yerinə yetirilməməsi” bəndini dilə gətirir.

Nəriman Nərimanovun ölümqabağı əlini sinəsinə sıxıb, öz ömür-gün yoldaşına “…Məni zəhərlədilər, Kreml məni zəhərlədi…”, dediyi barədə çox danışılıb. Görəsən, bu sözlər həm də bir vəsiyyət deyildi ki?

Bəlkə elə Nərimanov ən halsız və çarəsiz vaxtında söylədiyi bu sözlər həm də bizə bir işarə deyildi ki? Bəlkə də o işarə etmək istəyirdi ki, Kreml artıq Azərbaycanı zəhərləyib?! O vaxt bunu anlamaq, dərk etmək nə qədər çətin idisə, bu gün də bu kəlmələrin altında yatan sirrləri açmaq o qədər mümkünsüzdür. Ancaq fakt ortadadır. Azərbaycan “zəhərlənib”. Ən faciəlisi isə budur ki, Azərbaycanın “bədəninə” yeridilmiş “rus zəhəri”ndən şəfa tapmamış, artıq bu gün biz həm də Amerikanın, İngiltərənin, Almaniyanın, Fransanın … və s. zəhərini “udmuşuq”. Canımız, qanımız, beynimiz “zəhərlənib”.

Və biz bu zəhərlənmiş, pərdəli qulaqlarımızla həqiqətləri eşitmək istəmir, gözümüz və qəlbimizlə baş verənləri görüb, duymaq istəmirik.

Vəsiyyət böyük diplomatiyadır. Dahilərin, hökümət başçıları və ya digər sahədə yetişmiş ziyalıların vəziyyətləri həmişə mən yükü baxımından ağır olub. Əslində hər bir vəsiyyətin qayəsində sabah baş verməsi mümkün olan bəlaların və bu bəlalardan qurtulmağın yollarını tapmaq üçün bir işarə olur.

Məsələn, İspaniya diktatoru Fransisko Frankonun (1892-1975) ölümündən qabaq oğlu Karla etdiyi vəsiyyətdə deyilirdi:

“…Karl, mən ölürəm. Ölüm məni haqladı. Ölkədən qovub çıxardığım adamları, zülm etdiyim şəxsləri Vətənə qaytar. Girov götürməyə, həbs etməyə, öldürüb məhv etməyə çalışdığım insanları Vətənə qaytar.

Karl, Onlar heç bir zaman İspaniyanın və ispanların düşmənləri olmayıblar. Onlar təkcə mənim düşmənlərim idilər.

Karl!…Onları qaytar! İspaniya üçün gərəkli adamları qaytar!!!”

(O.Aleksandrov. “После Франко”Moskva, “BUP” nəşr, 2000)

Bu vəsiyyətnamə sonradan Frankonun və İspaniyanın taleyində demək olar ki, misilsiz rol oynayıb. Sonradan ali təhsil müəssisələrində dərsliklərə və dərs proqramlarına salınan bu vəsiyyətnamə həm də ictimai rəydə diktator barədə formalaşmış rəyi də dəyişib. Bəs bizdə necə? Belə bir vəsiyyətnamələr olubmu?

Ümumiyyətlə, bizim tanınmış adamların vəsiyyətnamələri barədə hardasa müfəssəl bir məlumata əlimiz çatırmı?

Məsələn, Rusiyanın bu gün də I Pyotrun “vəsiyyətnaməsi” ilə idarə olunduğu barədə fikirlər geniş yayılıb. Görəsən Azərbaycan bu gün kimin vəsiyyətnalərindən istifadə edir?

“Qazaxıstansaya pravda” (21 iyun, 2002.) yazırdı ki, 2001-ci ildə, edilən vəsiyyətnamələrlə bağlı 7 elmi iş yazılıb, təhlükəsizlik problemləri ilə bağlı 13 strateji proqram, 5 konsepsiya hazırlanıb. Bu məlumatı Nursultan Nazarbayev 2002-ci il, iyunun 16-da ölkəsinin alimləri ilə görüşündə dilə gətirmişdi.

Bəs görəsən, bizdə belə bir vəsiyyətnamələr varmı? Bu vəsiyyətnamələri qoruyan hansısa bir fond, qurum varmı? Biz bu vəsiyyətlərə, ölkə olaraq nə qədər əməl etmişik? Bu barədə nə bilirik?

Düşünün, cənablar, düşünün!!!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*