“Azərbaycana qarşı beynəlxalq əməliyyat HAZIRLANIR” – AÇIQLAMAbackend

"Azərbaycana qarşı beynəlxalq əməliyyat HAZIRLANIR" - AÇIQLAMA

Oktyabrın 3-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq. Avropa İttifaqının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə sülh müqaviləsinin şərtləri müzakirə olunacaq.

Məsələylə bağlı KONKRET. az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, sülhyaratma prosesinə yeni dinamika lazımdır:

“Onsuz da sülh müqaviləsinin 80-85 % hissəsi hazırdır. Qranadada Avropa Birliyinin vasitəçiliyi ilə sülh danışıqlarını başa çatdırmaq olar. Buna mane olmağa çalışan qüvvələr tapılacaq, amma hər halda əminəm ki, ABŞ-ın, Aİ-nin səyi ilə tərəflər sülhə nail olacaq. Açığı, liderlər arasında sülh danışıqlarının müsbət nəticələnəcəyini hər birimiz gözləyirik. Bəzi prinsipial məqamlar var ki, müzakirə edilib razılaşdırılmalıdır. Məsələn, delimitasiya məsələsində hansı xəritələrə istinad ediləcək, kommunikasiya məsələsinə Zəngəzur dəhlizi də daxil olunacaqmı? Bütün bunlar prinsipial məsələlər hesab olunur. Mənə elə gəlir ki, Qranada görüşündə bu məsələlərlə bağlı razılıq əldə edilə bilər”.

Daha sonra BMT-nin Qarabağa göndərdiyi müşahidə missiyasının fəaliyyətinə toxunan Qabil Hüsenli bildirdi ki, 30 il ərzində bir dəfə də Azərbaycanı yada salmayan BMT-nin bu addımı ikili standartdır:

“Bu ikili standartların təzahürünə ən qabarıq nümunə və sözün əsl mənasında xristian təəssübkeşliyidir. Bizim soydaşlarımız Ermənistandan və işğal edilən Qarabağ ərazisindən qarda-boranda, ayaq yalın, ölüm qorxusu altında öz doğma yurd-yuvalarından qovulanda BMT müşahidə missiyası nədənsə gözə dəymədi. Qarabağı öz xoşuna tərk edən ermənilər isə öz maşınlarında, ailələri ilə birlikdə, heç bir təhlükə olmadan Ermənistana keçdilər. Özü də buranı tərk etmələrinin səbəbini soruşanda qayıdacaqlarını bildirirdilər. Bəziləri isə Azərbaycan vətəndaşı olmaq istəmədiklərini deyirdi. Yəni bu qədər sadə bir vəziyyətdə ermənilər Qarabağdan gedir. Azərbaycan heç bir etnik təmizləmə aparmır, onlar öz xoşları ilə ərazini tərk edir. Bu seçim ermənilərin özlərinə aiddir. Amma BMT nümayəndələri qayıtdıqdan sonra fərqli mənzərənin şahidi olacağıq. Tərtib etdikləri hesabatlarda Azərbaycanı etnik təmizləmədə ittiham edəcəklər. Amma 30 il əvvəl Qarabağ ətrafındakı rayonlar, xüsusi ilə kəlbəcərlilərin başına gətirilən faciələr haqqında bir kəlməlik hesabat heç vaxt hazırlanmayıb. Amma gedib ağıllarına gələni öz hesabatlarında göstərəcəklər. Böyük ehtimalla ermənilərin uydurduqları hadisələri sənədləşdirib materal kimi istifadə edəcəklər”.

Politoloq hesab edir ki, ermənilərin Qarabağdan kütləvi köçü xüsusi kampaniyadır və hansısa planın tərkib hissəsidir:

“Bəli, düşünülmüş ssenaridir. 100 il bu ideyanı ürəklərində bəsləyən insanların bir gün ərzində ərazini kütləvi tərk etməsi də həmin planın bir hissəsidir. Əvvəlcədən hazırlanan bu ssenariylə ermənilər Azərbaycanı ittiham etməyə çalışacaq. Ehtimal edirəm ki, bu beynəlxalq səviyyədə hazırlanmış bir əməliyyatdır və bizi ehtiyatlı olmağa çağırır. Qarşıda bizi bəzi sürpirizlər gözləyə bilər. Ermənilərin havadarları çalışacaq ki, Azərbaycan dövlətini etnik təmizləmədə ittiham etsin. Hətta bir qədər də irəli gedib “genosid” sözü işlədənlər də olacaq. Eyni zamanda ermənilərin geri qayıtmaq məsələsi də gündəmə gətirilə bilər”.
Vəli Həsənov,
KONKRET. az

  • Рамзес
    Oktyabr 3, 2023 - 16:22

    Prezidentimi demiş, bizə xaricdən çox təzyiqlər olacaq. Amma bizi heç kim yolumuzdan döndərə bilməz!

  • Bayram
    Oktyabr 4, 2023 - 02:17

    Memur ve vetendaw munasibetleri ne qeder semimi olarsa dovletimiz dahada guclu olar, inwallah.

  • Təhmasib
    Oktyabr 4, 2023 - 04:54

    Ermənilərin geri qayıtmasına icazə təhlükəlidi hazırlanmış diversantlar ,və yaxud rezident,terorl qruplaşması sadə vətəndaş cildində daxil ola bilərlər buları süzqəğdən kecirməy lazımdır bulara etibar yoxdu gedib orda burda kücük kimi zingileyirlər ancag əllərinə fürsət kecən kimi mütrüflük edirlər 300 ildir azərbaycanda bular belədi ana cıxan agaca balaları budag budag gəzərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*