Azərbaycanda bitən bu göbələk öldürür – DİQQƏTLİ OLUN!backend

Azərbaycanda bitən bu göbələk öldürür - DİQQƏTLİ OLUN!

Son günlər ölkədə insanların göbələkdən zəhərlənmə faktlarının sayının artdığını görürük. Ümumiyyətlə, hər il yüzlərlə insan ehtiyatsızlıqla toplanan və ya yanlış tanınan zəhərli göbələklərdən zəhərlənmə riski ilə üzləşir. Göbələkdən zəhərlənmələrin səbəbləri, əlamətləri və qarşısını alma yolları ilə bağlı maarifləndirmə işlərinin aparılması bu qidadan təhlükəsiz şəkildə faydalanmağın əsas şərtidir.

Bəs göbələkdən zəhərlənməmək üçün nələrə diqqət edilməlidir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı qida eksperti Ağa Salamov baku.ws-ə bununla bağlı açıqlama verib.

O bildirib ki, bu məsələ ilə bağlı bir çox maarifləndirmə işləri aparılır:

“Təəssüflər olsun ki, neçə aydır ki, ard-arda göbələk zəhərlənməsi xəbərlərini görürük. Problem ondadır ki, çox vaxt regionlarda yaşayan vətəndaşlarımız öz həyətlərində və yaxud meşələrdə yabanı halda yetişən göbələkləri toplayırlar. Daha sonra onlarda hazırladıqları yeməklər, turşular zəhərlənmələrə yol açır.

Şampinyon qidalarda istifadə etdiyimiz göbələk növüdür. Ancaq şampinyona bənzər bir göbələk növü də solğun əzvaydır. Hansı ki həmin göbələk növü zəhərlidir. Çox vaxt insanlar şampinyonla birgə onu da yığır, bu da zəhərlənməyə yol açır.

Zəhərli göbələkləri bu qida ilə bağlı məlumatı olan insanların yığması daha məqsədəuyğundur. Onlar göbələyin rəngindən, qapağının altına baxmaqla, görünüşü ilə ayıra bilirlər.

Supermarketlərdə və qida mağazalarında satılan, xüsusi şəraitdə yetişdirilmiş göbələklər, yabanı göbələklərə nisbətən daha təhlükəsizdir. Bu göbələklər müvafiq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq yetişdirilir və istehlakçılara təqdim olunur.

Əgər vətəndaşlar yenə də təbiətdə göbələk yığmaq istəyirlərsə, yığdıqları göbələklərin təhlil edilməsini və fərqləndirilməsini öyrənməlidirlər.”

Qeyd edək ki, göbələkdən zəhərlənmənin ilk əlamətləri adətən baş ağrısı, qarın ağrısı, ürəkbulanma, qusma, diareya, halsızlıq və başgicəllənmə kimi simptomlardır. Bu simptomlar yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur, çünki göbələk zəhərlənməsi çox ciddi nəticələrə səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*