“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi şəxsinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillərin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Azərmaş Park” MMC olub.
Belə ki, 24 avtomobilin satın alınmasına 390 600 manat xərclənəcək.
