Bir neçə ildir fəxri adların verilmir.
KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a xalq artisti Rasim Balayev deyib.
“Görünür, fəxri adları ləğv etmək fikirləri var. Bir neçə ildir adların verilməsi ilə bağlı aidiyyəti quruma siyahı təqdim edirik, lakin nəticə yoxdur. Ola bilsin, Prezident təqaüdü, mükafatlar təqdim edilir, amma ad verilmir. Bu, sovet hökumətindən bizə qalan ənənədir. Heç Türkiyədə fəxri ad anlayışı yoxdur”, – R.Balayev bildirib.
Xalq artistinin fəxri ad ala bilməyənlərlə bağlı dedikləri diqqət çəkib:
“İnanın, adam var ki, fəxri ad ala bilmədiyi üçün infarkt keçirib. Xalq artisti Zeynəb Xanlarova deputat ikən parlamentdə demişdi ki, Fatma Abdullazadə dükan açıb, “Əməkdar artist” adını filan qiymətə, “Xalq artisti” adını filan qiymətə satır”.